525.Az

Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal qazandı


 

Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal qazandı<b style="color:red"></b>

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında növbəti medalçımız bəlli olub.

525.az xəbər verir ki, sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Avropa ikincisi və dünya üçüncüsü Ramazan Ramazanova 6:4 hesabıyla qalib gəlib. Bu, idmançımızın ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatıdır. 

Qeyd edək ki, dünən daha üç sərbəst güləşçimiz – İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanmışdılar. 

 





09.04.2025    çap et  çap et