Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, bədbəxt hadisə nəticəsində xəsarət alan 155 nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam etdirilir. Bu səbəbdən də yaralıların və ölənlərin sayının artacağı ehtimal olunur.
Hələlik uçqunun dəqiq səbəbi açıqlanmayıb.
Qeyd edək ki, ölkə prezidenti Luis Abinader gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.
İbrahim Cəfərov
çap et