525.Az

Qızıl və gümüş bahalaşıb


 

Qızıl və gümüş bahalaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,77% artaraq 3 133,94 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 2,35% artaraq 31,13 ABŞ dollarına bərabər olub.

 





10.04.2025    çap et  çap et