525.Az

ABŞ-da həbsdə olan Artur Petrov Rusiyaya gətirilib


 

ABŞ-da həbsdə olan Artur Petrov Rusiyaya gətirilib<b style="color:red"></b>

Rusiya vətəndaşı Artur Petrov ABŞ vətəndaşı Kseniya Karelina ilə dəyişdirilib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Petrov vətəninə qayıdıb.

FSB-dən o da bildirilib ki, Karelina Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən əfv edilib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərində Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib.

 





10.04.2025    çap et  çap et