525.Az

Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək


 

Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək<b style="color:red"></b>

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək.

525.az APA-ya istinadən  xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət başçısı 11-13 aprel tarixlərində keçiriləcək forumda iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək. Hökumət başçısını forumda xarici işlər naziri Maka Boçorişvili müşayiət edəcək.

 





10.04.2025    çap et  çap et