525.Az

Ermənistan müxalifəti İrəvanda kütləvi aksiya keçirib


 

Ermənistan müxalifəti İrəvanda kütləvi aksiya keçirib<b style="color:red"></b> Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq və yürüş keçirib.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin (EMK) təşkil etdiyi aksiyada “Sonadək mübarizə” və “Serj get” şüarları səsləndirilib.
 
Mitinqdə çıxış edən EMK-nın parlament fraksiyasının rəhbəri Levon Zurabyan ümumxalq hərəkatının bir sıra kütləvi aksiyalar hazırladığını bəyan edib. Onun sözlərinə görə, aksiyaların məqsədi hakimiyyət dəyişikliyinə və növbədənkənar seçkilərin keçirilməsinə nail olmaqdır.
 





10.12.2014    çap et  çap et