525.Az

Gənc Tamaşaçılar Teatrı mükafat təsis etdi


 

Gənc Tamaşaçılar Teatrı mükafat təsis etdi<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ - Azərbaycan Milli Mərkəzi ilə birgə yeni mükafat təsis edib.

Teatrdan Lent.az-a verilən məlumata görə, məqsəd teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi, onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılmasıdır.
 
87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti gələn il teatr mövsümünün sonunda “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə mükafatlandırılacaq.
 





10.12.2014    çap et  çap et