525.Az

Avtomobil xəstəxanaya çırpıldı


 

Avtomobil xəstəxanaya çırpıldı<b style="color:red"></b>

Yaponiyanın Tiba əyalətinin Funabasi şəhərində idarəetməni itirən minik avtomobili yol kənarındakı xəstəxananın girişinə çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə xəstəxananın girişinə və bir neçə otağa, o cümlədən xəstələrin yatdığı palataya ciddi ziyan dəyib.

5 xəstə və qəza törədən 80 yaşlı sürücü ağır xəsarətlər alıb. Həkimlərin rəyinə əsasən, xəsarətlər həyati təhlükə daşımır.
Qeyd edək ki, qəza xəstəxanaya ciddi ziyan vursa da, iş rejiminə təsir etməyib. Yeri polis qəzanın baş vermə səbəblərini araşdırır.

L.Tağıyeva

 





10.04.2025    çap et  çap et