525.Az

"Bosch" 2 zavodunu bağlayacaq


 

"Bosch" 2 zavodunu bağlayacaq<b style="color:red"></b>

Almaniyanın tanınmış "Bosch" kompaniyası 2026-cı ilin sonuna kimi 2 zavodunu başlayacağı barədə məlumat yayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi kompaniyanın üzləşdiyi maliyyə sıxıntısıdır.

Hər 2 zavod Almaniyada -Baden-Vürtemberq və Saksoniyada yerləşir. Məlumatda zavodlarda çalışan 500 nəfərin işsiz qalacağı da bildirilir. Artıq, bu barədə işçilərə rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, 1886-cı ildə Robert Boş tərəfindən əsası qoyulan "Bosch"un illik dövriyyəsi 100 milyard dollara yaxındır.

L.Tağıyeva

 





10.04.2025    çap et  çap et