525.Az

Astaraya 4,7 miyon manat pul ayrılıb


 

Astaraya 4,7 miyon manat pul ayrılıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Astara rayonuna 4,7 miyon manat pul ayırıb.

525.az-ın məlumatına görə, prezidentin sərəmcamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılıb.

Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 





10.12.2014    çap et  çap et