525.Az

ABŞ-də helikopter qəzası


 

ABŞ-də helikopter qəzası<b style="color:red"></b>

Cersi-Siti yaxınlığında helikopter Qudzon çayına düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 15:17-də (Bakı vaxtı ilə 23:17) baş verib.

Qəzadan sonra suda batan  helikopterdə olan 6 nəfərin hamısı həyatını itirib. Onlardan biri pilot, digər 5 nəfər isə 3-ü uşaq olmaqla mülki vətəndaşlardı. Sonradan onların "Siemens" kompaniyasının İspaniya filialının rəhbəri Auqusto Eskobar və ailə üzvləri olduğu dəqiqləşib.

Qəzanın baş vermə səbəbləri bəlli deyil, araşdırma aparılır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp helikopter qəzasını faciə adlandırıb.

L.Tağıyeva

 





11.04.2025    çap et  çap et