525.Az

Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər


 

Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər<b style="color:red"></b>

Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla gürüşüb.

525.az APA-ya istinadən verir ki, görüş Sankt-Peterburqdakı “Grand Europe” otelində baş tutub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff bu gün Rusiyaya səfər edib.

Rusiya prezidenti Vladimir Putin də bu gün Sankt-Peterburqa səfər edib. Kreml hələlik təsdiqləməsə də, Putinin Peterburqda Trampın xüsusi nümayəndəsini qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb.

 





11.04.2025    çap et  çap et