525.Az

Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırıb


 

Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırıb<b style="color:red"></b> Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı sərhədi bağlamağa, habelə Donetsk və Luqansk vilayətlərindən qoşunları çıxarmağa çağırıb.
 
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, Avstraliyada səfərdə olan P. Poroşenko Donbas regionundakı münaqişəyə görə Rusiyanın məsuliyyət danışıdığını bildirib.
 
“Xahiş edirəm, atəşi dayandırın, girovları azad edin, qoşunları ərazimizdən çıxarın”, - deyə o vurğulayıb.
 
P. Poroşenko qeyd edib ki, əgər Rusiya Ukrayna ilə sərhədi bağlasa, bir neçə həftədən sonra ölkədə sülh və əmin-amanlıq bərqərar olunacaq.
 





11.12.2014    çap et  çap et