525.Az

AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi


 

AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi<b style="color:red"></b>

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı 2-ci liqada mübarizə aparan “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

525.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev 19-cu turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, Klub isə 400 manat cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.

 





11.04.2025    çap et  çap et