Florida ştatının Boka-Raton şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında baş verib.
Boka-Ratondan Tallahassi Beynəlxalq Hava Limanına uçan "Cessna 310R" markalı təyyarə havaya qalxdıqdan cəmi 20 dəqiqə sonra yerə çırpılıb. Nəticədə təyyarədəki 3 nəfər həlak olub. Təyyarənin düşdüyü yerdə qalıqlar avtomobilə dəydiyindən sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpıb və xəsarətlər alıb.
Qeyd edək ki, təyyarənin havaya qalxdıqdan sonra yaranmış texniki problemlər üzündən qəzaya uğradığı bildirilir.
L.Tağıyeva
çap et