525.Az

Qadın gəzinti zamanı 900 yaşı olan xəzinə tapdı 


 

Qadın gəzinti zamanı 900 yaşı olan xəzinə tapdı <b style="color:red"></b>

Çexiya sakini gəzinti zamanı 12-ci əsrə aid xəzinə tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, torpağa basdırılmış gil qabda 2150 gümüş sikkə var imiş.

Qadın tapıntı barədə dərhal lazımi orqanlara məlumat verib. Xəzinəni araşdıran arxeoloqlar onu son on illiyinə ən böyük tapıntısı adlandırıblar.

Onlar sikkələrin 12-ci əsrdə döyüldüyü və burada gizlədildiyi qənaətinə gəliblər.

Qeyd edək ki, araşdırılması üçün xəzinənin bir hissəsi Çexiya Elmlər Akademiyasına, digər hissəsi ilə Kutna-Qora şəhərindəki muzeyə verilib.

L.Tağıyeva

 





11.04.2025    çap et  çap et