525.Az

ABŞ-da Tramp əleyhinə etirazlar


 

ABŞ-da Tramp əleyhinə etirazlar <b style="color:red"></b>

ABŞ-ın bir çox şəhərində on minlərlə insan prezident Donald Tramp və onun administrasiyasına etiraz edib.

525.az xarici mediaya əsasən xəbər verir ki, paytaxt Vaşinqton və Nyu-York başda olmaqla, ölkə daxilində "Əlləri bağla" adlı nümayişlərə on minlərlə vətəndaş qatılıb.

Vaşinqton Abidə Parkına toplaşan minlərlə insan əllərində ABŞ bayraqları ilə yanaşı, pankart və lövhələr tutaraq Tramp administrasiyasının siyasətinə etiraz ediblər.

Nümayişçilər Tramp administrasiyasına və milyarder iş adamı İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) təcrübələrinə öz reaksiyalarını “Əllərini demokratiyadan çək”,  “İlon Mask, sən xainsən” və “Nifrəti deportasiya et” şüarları ilə ifadə ediblər.

Malik Atilay 

 





07.04.2025    çap et  çap et