525.Az

Ukrayna: Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb


 

Ukrayna: Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb <b style="color:red"></b>

Rusiya ordusunun dünən Ukraynanın Kriviy Riq şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 61-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak Telegram hesabında Rusiyanın dünən raket hücumuna məruz qaldığı Kriviy Riq şəhərində axtarış-xilasetmə işlərinin başa çatdığını açıqlayıb.

Hücumda 18 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını bildirən Lisak, çoxlu yaşayış binasına ziyan dəydiyini bildirib.

Rusiya ordusunun bu gecə şəhərə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini qeyd edən Lisak, bu hücumda 1 nəfərin öldüyü, 7 nəfərin yaralandığı barədə məlumat paylaşıb.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən Rusiyanın Kriviy Riq şəhərinə ballistik raketlə hücumda 14 nəfərin öldüyünü açıqlayıb.

Malik Atilay 

 





07.04.2025    çap et  çap et