525.Az

Meksikada ilk dəfə insanda H5N1 quş qripi ştammı aşkar edilib


 

Meksikada ilk dəfə insanda H5N1 quş qripi ştammı aşkar edilib <b style="color:red"></b>

Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq insanda "H5N1" quş qripi ştammının aşkar edildiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik bildirib ki, Duranqo ştatının şimalında 3 yaşlı qız uşağında quş qripi olduğu təsdiqlənib.

Aprelin 1-də köçürüldüyü Torreon şəhərindəki xəstəxanada qızda "H5N1" virusu aşkarlanıb. Vəziyyəti hələ də ağır olan uşağın müalicəsi xəstəxanada davam etdirilir.

Meksika səlahiyyətliləri H5N1-in insandan insana ötürülməsinə dair hələ heç bir sübut olmadığını vurğulayıblar.

Qeyd edək ki, səlahiyyətlilər xəstə və ya ölü ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, nəfəs almaqda çətinlik, baş ağrısı, qusma və ya gözlərin qızarması kimi şübhəli simptomlar yaranarsa, həkimə müraciət etməyi tövsiyə edir.

Malik Atilay 

 





07.04.2025    çap et  çap et