525.Az

Hindistanda 7 nəfərin ölümünə səbəb olan əməliyyatdan sonra həkim həbs edilib


 

Hindistanda 7 nəfərin ölümünə səbəb olan əməliyyatdan sonra həkim həbs edilib<b style="color:red"></b>

Hindistanın Madhya-Pradeş ştatında yanvar-fevral ayları arasında ürək əməliyyatı etdiyi 15 nəfərdən 7-si dünyasını dəyişən "saxta həkim" saxlanılıb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Damoh bölgəsində yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, yanvar-fevral aylarında bu "həkim" üzərində ürək əməliyyatı keçirən 15 nəfərdən 7-nin həyatını itirdiyi bildirilib.

Hindustan Times-ın məlumatına görə, əyalət polisi, 7 nəfərin ölümündən sonra başladılan istintaqla bağlı verdiyi açıqlamada, Narendra Con Camm kimi tanınan "həkim"in lazımi sənədləri təqdim etmədiyi üçün şübhəli olması ilə bağlı şikayət edildiyini bildirib.

“Saxta həkim”in əsl adının Narendra Vikramaditya Yadav olduğunu bildirən polis bu şəxsi saxladıqlarını qeyd edib.

Polis Yadavın “saxta tibbi arayış və sənədləri hazırlamaqda və bu sənədlərdən başqalarına zərər vermək və ya aldatmaq üçün istifadə etməkdə” ittiham edildiyini bildirib.

Digər tərəfdən, Chhattisgarh əyalətinin keçmiş müşaviri Rajendra Prasad Şuklanın oğlu Pradeep Shukla atasının da 2006-cı ildə Yadav tərəfindən əməliyyat olunduğunu və daha sonra öldüyünü iddia edib.

Malik Atilay

 





08.04.2025    çap et  çap et