ABŞ-ın Oreqon ştatında kiçik təyyarənin uçuş-enmə zolağından çıxaraq suya çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.
525.az xarici mediaya istinadən xəbər verir ki , Cənub-Qərbi Oreqon Regional Hava Limanı qəza ilə bağlı Facebook-da açıqlama paylaşıb.
Açıqlamada, Oreqondan Yutaya getməyə hazırlaşan 2019-cu il model "HA-420" tipli təyyarənin səhər saatlarında hava limanının uçuş-enmə zolağından çıxaraq suya düşdüyü bildirilib.
Açıqlamada təyyarənin daha sonra sudan çıxarıldığı və qəzada yaralanan 5 nəfərin xəstəxanaya aparıldığı bildirilib.
Malik Atilay
çap et