Karib hövzəsi ölkəsi Dominikanda əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendez Santo Dominqodakı "Jet Set" əyləncə məkanında baş verən insidentlə bağlı yeni məlumat paylaşıb.
Mendez əyləncə məkanında ölənlərin sayının 184-ə yüksəldiyini açıqlayıb.
Axtarış-xilasetmə işləri hələ yekunlaşmasa da, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Aprelin 8-də "Jet Set" adlanan əyləncə məkanının damı uçub, içəridə 300-ə yaxın müştəri olub.
Bildirilib ki, həyatını itirənlər arasında qəza zamanı səhnədə mahnı oxuyan sənətçi Rubby Perez və keçmiş Amerika Böyük Beysbol Liqasının (MLB) oyunçusu Octavio Dotel də var.
Qeyd edək ki, Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakətdən sonra üç günlük matəm elan edib.
Malik Atilay
çap et