525.Az

Lavrov: Moskva sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır


 

Lavrov: Moskva sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır<b style="color:red"></b>

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etməyə hazırdır.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.

"Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh sazişinin imzalanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.

 





12.04.2025    çap et  çap et