525.Az

Tramp: ABŞ-İran danışıqları yaxşı gedir


 

Tramp: ABŞ-İran danışıqları yaxşı gedir<b style="color:red"></b>

Vaşinqtonla Tehran arasında danışıqlar uğurla gedir.

525.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarəsində Ağ Evin jurnalistləri ilə söhbətində deyib.

"Onlar (danışıqlar - red.) yaxşı gedir. Amma məqsədə çatana qədər bu heç nə demək deyil", - Amerika lideri deyib. Tramp İranla bağlı vəziyyətin kifayət qədər yaxşı inkişaf etdiyini qeyd edib.

 





13.04.2025    çap et  çap et