|
|
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyən nazir vurğulayıb ki, Türkiyə Suriya ilə əlaqədar siyasətində qərarlı və sabitdir.
H.Fidan onu da qeyd edib ki, NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin son toplantısında Suriyanın müdafiəsi ilə bağlı atılacaq diplomatik addımlar müzakirə edilib.