525.Az

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb


 

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb<b style="color:red"></b>

Suriya təhlükəsizlik qüvvələri Hələb şəhərinin şimalında yerləşən kürd rayonu Şeyx Maqsudda öz bölmələrini yerləşdirməyə başlayıb.

525.az bu barədə “Report” a istinadən xəəbər verir.

Məlumata görə, yerləşdirmə prosesi bu rayonda təhlükəsizliyin gücləndirilməsi tədbirləri çərçivəsində kürd “Suriya Demokratik Qüvvələri” (SDF) dəstələri ilə koordinasiyada həyata keçirilir.

Xatırladaq ki, aprelin 9-da Dəməşqdəki iqtidarla razılaşma əsasında Əşrəfiyə və Şeyx Maqsud kürd rayonlarını təxminən 500 döyüşçüdən ibarət SDF dəstələrinin ikinci kolonu tərk edib. Aprelin 4-də rayonları təxminən 450 SDF nümayəndəsi tərk edib.

Aprelin 1-də SDF komandanlığı və Dəməşqdəki keçid hökuməti arasında əldə edilmiş razılaşmaya əsasən, qalan kürd dəstələri ictimai təhlükəsizlik qüvvələrinin strukturlarına daxil olacaq.

 





13.04.2025    çap et  çap et