525.Az

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib


 

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib<b style="color:red"></b>

İsrail Ordusu Qəzza zolağının Deir əl-Balah bölgəsində HƏMAS qruplaşmasının snayper dəstəsinin komandir müavini Ubeyd Naim əl-Xədhud Musanın zərərsizləşdirildiyini açıqlayıb.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ubeyd Naim əl-Xədhud Musa HƏMAS-ın Deir əl-Balah bölgəsindəki snayper dəstəsinin rəhbərinin müavini olub.

Bildirilib ki, o, hərəkətdə olan avtomobilində hədəf alınaraq məhv edilib.

 





13.04.2025    çap et  çap et