Bu gün yerli vaxtla 05.44-də (Bakı vaxtı ilə 04.44) Tacikistan ərazisində zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 4,5 bal gücündə zəlzələnin episentri Pəşt şəhərinin 23 km-də, 5 km dərinlikdə yerləşib.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, gün ərzində Tacikistan ərazisində baş vermiş ikinci zəlzələdir. Dünən Bakı vaxtı ilə 07.24-də 5,9 bal gücündə baş verən zəlzələ Tacikabad və Rəştdə ciddi dağıntılara səbəb olub. Ümumilikdə, 411 tikilinin dağıldığı və xəsarət aldığı bildirilir.
L.Tağıyeva
çap et