525.Az

"Araz-Naxçıvan" legioneri ilə müqaviləni uzatdı


 

"Araz-Naxçıvan" legioneri ilə müqaviləni uzatdı<b style="color:red"></b>

"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək. 

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ.Ribeiro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

 





14.04.2025    çap et  çap et