525.Az

Qvardioladan Gündoğan açıqlaması


 

Qvardioladan Gündoğan açıqlaması<b style="color:red"></b>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu İlkay Gündoğanın klubdakı gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, o, 34 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə uzadılması üçün razılığa gəlindiyini təsdiqləyib: 

"Gündoğanın daha bir illik müqaviləsi var. Yayda nə olacağını bilmirəm, amma indi onun müqaviləsi gələn ilin yayına qədərdir".

Qeyd edək ki, daha əvvəl mətbuatda İlkayın "şəhərlilər"lə 2026-cı ilin yayınadək müqavilə imzaladığı yazılmışdı. Premyer Liqanın cari mövsümündə Gündoğan 28 matçda 4 məhsuldar ötürmə verib.

 





14.04.2025    çap et  çap et