525.Az

Aİ XİN rəhbərləri İranın yeddi vətəndaşına və iki təşkilatına qarşı sanksiyanı qəbul edib


 

Aİ XİN rəhbərləri İranın yeddi vətəndaşına və iki təşkilatına qarşı sanksiyanı qəbul edib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

525.az “Report” a istinadən xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri İttifaqın iki vətəndaşını saxladığı üçün İranın yeddi vətəndaşına və iki təşkilatına qarşı sanksiyanı bəyənib.

Məlumata görə, məhdudlaşdırıcı tədbirlər siyahısına Tehrandakı “Evin” zindanının rəisi, bir neçə məhkəmə hakimi, habelə bir sıra iranlı məmurlar daxil edilib.

Yeni sanksiyalarda Şirazdakı həbsxananın da adı hallanıb.

 





14.04.2025    çap et  çap et