525.Az

“Çin Panama kanalına nəzarəti ələ keçirməyə çalışır” - Pentaqon rəhbəri


 

“Çin Panama kanalına nəzarəti ələ keçirməyə çalışır” - <b style="color:red"> Pentaqon rəhbəri</b>

“Çin infrastruktur layihələri və siyasi təzyiqlər vasitəsilə Panama kanalına nəzarəti ələ keçirməyə çalışır”.

525.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“Çin kommunistləri siyasətçilərə nəzarət etmək arzusundadırlar. Onlar Panama kanalını ələ keçirmək istəyirlər. Prezident Tramp isə bildirib ki, bu, mümkün deyil”, - deyə Pentaqon rəhbəri bildirib.

P.Heqset vurğulayıb ki, keçmiş prezident Co Baydenin administrasiyası dövründə Birləşmiş Ştatlar sükan arxasında yuxuda idi: “Lakin indi vəziyyət dəyişəcək”.

Qeyd edək ki, aprelin 10-da prezident Tramp ABŞ qoşunlarının Panamada yerləşdirildiyini açıqlayıb. Lakin o, hərbi qulluqçuların dəqiq sayını açıqlamayıb.

Daha əvvəl Pentaqon rəhbəri vurğulamışdı ki, ABŞ-nin əsas prioritetlərindən biri Panama kanalına sərbəst və təhlükəsiz girişin təmin edilməsidir.

İbrahim Cəfərov

 





14.04.2025    çap et  çap et