525.Az

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını persona non-qrata elan etdi


 

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını persona non-qrata elan etdi<b style="color:red"></b>

Əlcəzair höküməti Fransa səfirliyinin 12 əməkdaşını arzuolunmaz şəxs elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

Diplomatik nümayəndə və administrativ işçilərdən ibarət 12 nəfərə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Qeyd edək ki, nazir Əlcəzairin bu addımının bir neçə gün əvvəl Fransada 3 əlcəzairlinin ciddi qayda pozuntularına görə saxlanmasına cavab olaraq atıldığını söyləyib.

L.Tağıyeva

 





14.04.2025    çap et  çap et