525.Az

Kaliforniyada zəlzələ oldu 


 

Kaliforniyada zəlzələ oldu <b style="color:red"></b>

ABŞ-nin Kaliforniya ştatının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri San-Dieqo şəhərinin yaxınlığında yerləşib. Yerli vaxtla 17:08-də (Bakı vaxtı ilə 21:08) olan titrəyişlər Los-Ancelesdə də hiss olunub.

Qeyd edək ki, zəlzələnin episentri 13,4 km dərinlikdə yerləşib.

L.Tağıyeva

 





14.04.2025    çap et  çap et