525.Az

Mədəniyyət və İncəsənət Universitetində "Şur dəstgahı"


 

Mədəniyyət və İncəsənət Universitetində "Şur dəstgahı" <b style="color:red"></b>

Dekabrın   9-da  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetində  Xalq   çalğı  alətləri   ifaçılığı  kafedrası   müəllimlərinin   "Şur dəstgahı"  yaradıcılıq - ifa  işi  təqdim  olunub. 

Muğam dəstgahı Əməkdar  artist, ADMİU-nun  dosenti  Vamiq  Məmmədəliyev, Əməkdar  artist, dosent   Mirnazim Əsədullayev və Muğam  sənəti kafedrasının müəllimləri, tanınmış xanəndələr Xalq artisti Canəli Əkbərov, Mələkxanım Əyyubova, əməkdar artist Gülyanaq Məmmədova,  Nuriyyə Hüseynova, Teyyub Aslanovun  tələbələri  və Universitetin Xalq çalğı alətləri ansamblı tərəfindən səsləndirilib.

Tədbirdə   Universitetin  müəllim-tələbə  heyəti, tanınmış  sənət  adamları  iştirak  ediblər.

 





11.12.2014    çap et  çap et