525.Az

Ukraynada avtomobildə yüksək səslə rus musiqisinə qulaq asan qadın cərimələnib


 

Ukraynada avtomobildə yüksək səslə rus musiqisinə qulaq asan qadın cərimələnib<b style="color:red"></b>

Ukraynanın Nikolaev şəhərində yerli sakinlərdən bir qadın avtomobildə yüksək səslə rus musiqisinə qulaq asdığına görə cərimələnib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntusunu sosial şəbəkələrin monitorinqi zamanı aşkar ediblər. Qadın şirkət avtomobilində ictimai yerlərdə rus ifaçıların mahnılarını səsləndirib.

Xırda avtoxuliqanlığa görə avtomobil sahibi barəsində inzibati protokol tərtib edilib", -məlumatda bildirilir.

 





15.04.2025    çap et  çap et