525.Az

Boksçularımızdan 8 qızıl və 3 gümüş medal


 

Boksçularımızdan 8 qızıl və 3 gümüş medal<b style="color:red"></b>

Bu gün Bakıda kişi və qadın boksçular arasında keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulur. 

525.az xəbər verir ki, yarışda Azərbaycan millisinin 11 idmançısı finala vəsiqə qazanıb. 

Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Subxan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Seyidcamşid Cəfərov (75 kq), Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Alfonso Dominqes (92 kq) və Nəbi İsgəndərov (67 kq) turnirin çempionu olublar. Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) isə gümüş medal qazanıblar. 

Qeyd edək ki, sözügedən turnirdə 9 ölkədən təxminən 200 boksçu iştirak edib.

 





15.04.2025    çap et  çap et