525.Az

“Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq” - Mark Rütte


 

“Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq” - <b style="color:red"> Mark Rütte</b>

“Ukraynaya heç vaxt NATO üzvlüyünün sülh sazişinin bir hissəsi olacağına dair söz verilməyib”.

525.az RT-yə istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rütte bildirib.

“Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”, - deyə NATO-nun Baş katibi deyib.

Eyni zamanda, M.Rütte qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü gündəmdə qalır.

İbrahim Cəfərov

 





16.04.2025    çap et  çap et