525.Az

“Tramp İranla dialoqa köklənib” - Ağ ev


 

“Tramp İranla dialoqa köklənib” - <b style="color:red"> Ağ ev</b>

“ABŞ lideri Donald Tramp İran rəhbərliyi ilə dialoqa köklənib. O, bu yaxınlarda Oman sultanı Heysəm bin Tarek Əl Səidlə bu mövzuda söhbət edib”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Ağ evin mətbuat katibi Kerolayn Levitt deyib.

“İrana qarşı maksimum təzyiq kampaniyası davam edir, lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələr aparmaq istədiyini açıq şəkildə bildirib”, - deyə K.Levitt vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İranın Ali lideri ayətullah Əli Xamenei bildirib ki, İslam Respublikası ABŞ-la danışıqlara bədbin yanaşır.

brahim Cəfərov

 





16.04.2025    çap et  çap et