Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlayıb.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında dərc olunmuş məlumatda bildirilib.
“Aprelin 16-da hökumət sərhəd keçidlərini bağlı saxlamaq və sığınacaq üçün müraciətlərin qəbulunu mərkəzləşdirmək qərarına gəlib. Qərar növbəti bildirişə qədər qüvvədədir”, - sənəddə deyilir.
Bundan əvvəl məlum olub ki, Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanması ilə bağlı iyulun 7-dək Avropa İnsan Hüquqları Məhkəməsinə izahat verməyə borcludur. Ölkədə yaşayan 9 rus əsilli şəxs Finlandiya hökumətinin qərarından şikayət edib. İddia ərizəsində qeyd edilir ki, onlar Rusiya banklarına qarşı sanksiyalara görə Rusiya pensiyalarını ala bilmirlər.
İbrahim Cəfərov
çap et