525.Az

Kallas İsraili Qəzzada sərhədləri aşmaqda ittiham edib


 

Kallas İsraili Qəzzada sərhədləri aşmaqda <b style="color:red"> ittiham edib</b>

“İsrailin Qəzza zolağındakı hərəkətləri sərhədi keçib”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

“İsrailin özünümüdafiə hüququ var, lakin son hadisələr bütün sərhədlərin aşıldığını açıq şəkildə nümayiş etdirdi. İnsan tələfatı çox böyük və dəhşətlidir”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

K.Kallas İsrailin təhlükəsizliyinin Fələstinin hüquqları hesabına təmin edilməməli olduğunu vurğulayıb və Aİ-nin iki dövlətli həllə sadiqliyini bir daha vurğulayıb.

O, həmçinin Aİ-nin anklav sakinləri üçün 1,6 milyard avro dəyərində yeni yardım paketini təsdiqlədiyini söyləyib.

İbrahim Cəfərov

 





16.04.2025    çap et  çap et