525.Az

Ukraynada idman obyekti hücumlar nəticəsində dağılıb


 

Ukraynada idman obyekti hücumlar nəticəsində dağılıb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində hokkey və konkisürmə yarışlarının keçirildiyi "Favorit Arena" dağılıb.

525.az "Report" a istinadən xəbər verir ki, idman infrastrukturuna ciddi ziyan dəyib.

"Dnepr" hokkey komandası burada ev oyunlarını keçirirdi. Obyekt həm də hokkey və konkisürənlər üçün məşq bazası idi.

Qeyd edək ki, Xersondakı buz arenası 2009-cu ildə fəaliyyətə başlayıb.

 





16.04.2025    çap et  çap et