525.Az

ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb


 

ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb<b style="color:red"></b>

ABŞ Suriyada ən böyük "Koniko" qaz yatağının yaxınlığında yerləşən hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazır.

"ABŞ ordusu bir neçə gün əvvəl Deyr əz-Zor vilayətindəki "Koniko" yatağındakı bazadan öz qüvvələrinin çıxarılması üzrə əməliyyata başlayıb. Son vaxtlar hərbi bazadan qüvvələrin tam çıxarılması planı çərçivəsində iki karvan bazanı tərk edib", - məlumatda bildirilib.

CBS bu yaxınlarda xəbər vermişdi ki, Vaşinqton Suriyada hərbi mövcudluğunu azaltmağı və buna 2 min nəfərlik heyətin bir hissəsini çıxarmaqla nail olmağı planlaşdırır.

 





16.04.2025    çap et  çap et