525.Az

Fransa 12 əlcəzairli diplomatı  persona non-qrata elan etdi 


 

Fransa 12 əlcəzairli diplomatı  persona non-qrata elan etdi <b style="color:red"></b>

Fransa höküməti Əlcəzairin bu ölkədəki səfirliyinin 12 əməkdaşını arzuolunmaz şəxs elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro sosial şəbəkə hesabında paylaşım edib.

Barro bu addımı Əlcəzair hökümətinin 12 fransalını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq atdıqlarını bildirib. O, fransalı diplomatlara qarşı edilən haqsızlığa görə belə bir qərar verdiklərini və Əlcəzairdəki səfirlərini məsləhətləşmə üçün geri cağırdıqlarını da vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlcəzair höküməti Fransada 3 əlcəzairlinin səbəbsiz saxlanmasını əsas gətirərək Fransanın bu ölkədəki səfirliyinin 12 əməkdaşını persona non-qrata elan etmişdi. 

L.Tağıyeva

 





16.04.2025    çap et  çap et