Berlin prokurorluğu təcili tibbi yardım həkimini 15 xəstəni öldürməkdə ittiham edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ağır xəstələrin lazım olduqda ağrılarını azaltmaq üçün onları müşayiət edən adı açıqlanmayan həkimin 15 nəfəri qəsdən öldürməsi faktı üzrə araşdırma hələ 2024-cü ilin avqustunda başlayıb.
Belə ki, həmin tibb işçisi xəstələrə yeri gəldi-gəlmədi yüksək dozada ağrıkəsicilər vurub. Özü də bunu bilərəkdən edib. Ekspertlərin fikrincə, inyeksiya zamanı xəstələrin heç biri ölüm ayağında olmayıb.
Qeyd edək ki, həkimin 2021-ci ilin ilin sentyabrından 2024-cü ilin iyuluna kimi 15 xəstəni bu üsulla öldürməsi məlumdur. Araşdırmalar davam etdiyindən "qurbanlar"ın sayının artması gözlənilir.
L.Tağıyeva
çap et