525.Az

Təyyarə havaya qalxarkən yanğın baş verdi


 

Təyyarə havaya qalxarkən yanğın baş verdi<b style="color:red"></b>

ABŞ-də təyyarə havaya qalxarkən, mühərriklərinin birində yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın sərnişinlər arasında ciddi qorxuya və həyəcana səbəb olub. 

Denverdən Kanadanın Edmonton şəhərinə uçan "Boeing 737-800" təyyarəsinin pilotları dərhal qəza siqnalı verərək, hava limanına geri dönüş etməli olublar.

Qeyd edək ki, pilotların peşəkarlığı sayəsində 40 dəqiqə sonra təyyarə Denver hava limanına problemsiz eniş edə bilib. Sərnişinlər 3 saat gecikmə ilə başqa hava gəmisi ilə Edmontona yola salınıblar.

L.Tağıyeva

 





16.04.2025    çap et  çap et