525.Az

Suriyada dövlət çevrilişinə cəhd


 

Suriyada dövlət çevrilişinə cəhd<b style="color:red"></b>

Suriyada təhlükəsizlik xidmətinin əməkdaşları bir qrup keçmiş yüksək çinli hərbçinin dövlət çevrilişinə cəhdlərinin üstünü açıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Anası Xəttab sosial şəbəkə hesabında paylaşım edib.

Xəttab dövlət çevrilişi planının üstünün vaxtında açılmasında xüsusi xidmət orqanlarının əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, bunun artıq tarixdə qaldığını bildirib.

Qeyd edək ki, nazirin sözlərinə görə, gələcəkdə bu kimi halların baş verməməsi üçün bütün güc strukturlarında ciddi islahatlar aparılacaq.

L.Tağıyeva

 





16.04.2025    çap et  çap et