525.Az

“Qarabağ” avroliqaya vida etdi


 

“Qarabağ” avroliqaya vida etdi<b style="color:red"></b>

Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə  qarşılaşıb. “İnter” qrup lideri kimi  “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledici idi.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi.  Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.

"Qarabağ" - "İnter" matçı qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmanın 90+4 dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeydanın təmiz qolunu  hakim qeydə almayıb. Bu nəticə ilə "Qarabağ" avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, İtaliyada keçirilən  ilk oyundan “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğıub olub.

11 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

21:00.“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)

"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Riçard Almeyda,  Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov, Namiq Ələsgərov

Ehtiyat oyunçular:  Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli,  İlqar Qurbanov, Cavid Tağıyev,  Namiq Yusifov, Hacı Əhmədov

"İnter": Karrizo, Andreolli (k), Mvila, Dambrosio, Hüqo Kampanyaro, Mbaye, Donkor, Joel Obi, Rene Krhin, Pablo Osvaldo, Federiko Bonazzoli

Ehtiyat oyunçular: Kosta, Berni, Skiakka, Dimarko, Baldini, Andrea Palazzi

 

 





12.12.2014    çap et  çap et