525.Az

ABŞ və Somali birgə əməliyyat keçirib, “Əş-Şəbab”ın 12 terrorçusu zərərsizləşdirilib


 

ABŞ və Somali birgə əməliyyat keçirib, “Əş-Şəbab”ın 12 terrorçusu zərərsizləşdirilib<b style="color:red"></b>

ABŞ və Somali hərbi hava qüvvələrinin “Əş-Şəbab” qruplaşmasına qarşı keçirilən əməliyyatı nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

525.az APA ya istinadən xəbərinə görə, aviazərbələr barədə qərar silahlıların paytaxt Moqadişunun 245 kilometrliyindəki Adan-Yabal şəhərinə hücumundan sonra verilib.

Əməliyyat gecə saatlarında keçirilsə də rəsmi məlumat bu gün açıqlanıb.

Hərbi aktivlik nəticəsində, həmçinin, üsyançılara silah-sursat daşıyan bir ədəd gəmi də sıradan çıxarılıb.

Qeyd edək ki, “Əş-Şəbab” 2007-ci ildən Somalidə hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparır.

Ölkənin Cənub-Qərbindəki Baydoa şəhərindəki hərbi reyd zamanı isə qruplaşmanın hərbi bazaya hücum etməyi planlaşdıran 35 silahlısı zərərsizləşdirilib.

 

 





17.04.2025    çap et  çap et