525.Az

ANAMA-nın baş direktoru vəfat edib


 

ANAMA-nın baş direktoru  vəfat edib<b style="color:red"></b> Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
 
N.İsmayılov uzun sürən xəstəlikdən  axşam saatlarında dünyasını dəyişib. 
 
Qeyd edək ki, N.İsmayılov ANAMA yaradıldığı 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
 
O,  fəaliyyətinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
 





12.12.2014    çap et  çap et